(7)   Babek İnformasiya MMC +99450-7057286 contact@babek.net

Blog Təfərrüatları

Ana Səhifə Blog Təfərrüatları

ChatGPT-nin fəaliyyətinin təmin olunması üçün OpenAI gün ərzində nə qədər vəsait xərcləyir?

Semi Analysis adlı analitik şirkət süni zəka əsaslı ChatGPT çat-botunun bilinməyən tərəfləri barəsində məlumat verib. Analitik şirkətin mütəxəssisləri ChatGPT-nin gündəlik fəaliyyətinin təmin edilməsi üçün OpenAI şirkətinin nə qədər vəsait xərclədiyini öyrəniblər. Təqdim edilmiş vəsait diqqəti cəlb edir. Beləliklə aparılmış tədqiqatlara əsasən OpenAI şirkəti süni zəka əsaslı çat-botunun fəaliyyətini dəstəkləmək üçün gün ərzində 694 000$ vəsait xərcləyir. Məlumatda qeyd edilib ki, ChatGPT-nin sistemi özündə NVIDIA-nın 3617 ədəd HGX A100 adlı server platformasını, həmin platformalar isə özlərində ümumilikdə 28 936 ədəd qrafik prosessoru birləşdirirlər.

Məlumatda qeyd edilib ki, çat-bota göndərilən bir sorğunun dəyəri 0.36$ təşkil edir. Bununla belə şirkətin xərcləri yaxın zamanda arta bilər. Belə ki, GPT-3-dən fərqli olaraq GPT-4-ün fəaliyyətinin təmin edilməsi çox güman ki, daha baha başa gələcək. Neyron şəbəkəsinin fəaliyyətinin təmin edilməsi üçün bu qədər vəsaitin xərclənməsinin əsas səbəbi ondan ibarətdir ki, onun sahib olduğu sistem böyük enerji sərfiyyatına sahibdir. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Microsoft şirkəti süni zəka sistemləri ilə çalışmaq üçün nəzərdə tutulmuş xüsusi prosessor üzərində çalışır. Gözləntilərə əsasən şirkətin hazırladığı prosessor NVIDIA şirkətinin texnoloji həllərini əvəz edə və beləliklə neyron şəbəkəsinin xərclərini aşağı sala bilər.

Vizyonumuz

Vizyonumuz öz sahəsində lider və qabaqcıl, həm milli, həm də beynəlxalq səviyyədə nailiyyətləri və keyfiyyəti ilə tanınan, texnologiyanı və sektoru orijinal həlləri ilə istiqamətləndirən bir şirkət olmaqdır.

Misyonumuz

Missiyamız proqram təminatı və aparat təminatının inkişafı və sistem inteqrasiyasında üstün və innovativ yanaşmalarla müştərilərimizin ehtiyaclarına ən yaxşı cavab verən keyfiyyətli və etibarlı həllər təqdim etməkdir.

Əlaqə

Bakı Ofis
Bakı ş. Nəsimi r. Bülbül pr. 66. AF City. 5 Mərtəbə. No : 13

Naxçıvan Ofis
Əziz Əliyev Küçəsi (Grand Otelin Yanı)

contact@babek.net

+99450-7057286

© Babək İnformasiya. Bütün hüquqlar qorunur.